Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış müqavilə rəsmi olaraq təsdiqlənib.
“Daylinews-az.com” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2024-cü il avqustun 23-də Daşkənddə imzalanmış “Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” rəsmi şəkildə təsdiqlənib.