Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. APA xəbər verir ki, Ərdoğan Qarabağ Zəfərinin dördüncü ildönümünü qeyd edən Azərbaycana və Azərbaycan xalqına ürəkdən təbriklərini çatdırıb.
Ərdoğanın paylaşımında deyilir: “Qarabağ Zəfərinin dördüncü ildönümünü böyük həvəslə və qürurla qeyd edən Can Azərbaycanı, Azərbaycan xalqının Zəfər Gününü ürəkdən təbrik edirəm.”
Türkiyə lideri Prezident İlham Əliyevə və Azərbaycan Hərbi Qüvvələrinə hörmətini ifadə edərək deyib: “Prezident İlham Əliyev qardaşımın nəzdində 44 günlük Vətən müharibəsində zəfər qazanan Azərbaycan Hərbi Qüvvələrinin qəhrəman heyətini ölkəm və millətim adından hörmətlə salamlayıram.”
Ərdoğan, eyni zamanda, Azərbaycanın azadlığı və Qarabağda ay-ulduzlu bayrağın dalğalanması uğrunda şəhid olan qəhrəmanları minnətdarlıqla yad edib: “Adlarını tarixə şərəflə yazdıran əziz şəhidlərimizin hamısını rəhmətlə yad edir, uca ruhları qarşısında baş əyirəm. Qarabağın səmalarında nazlı aypara dalğalansın deyə can verən qəhrəmanlarımızı hər zaman minnətdarlıqla yad edəcəyik.”