C qrupunun son turunda Mərakeş millisi Haiti ilə qarşılaşıb və azarkeşlər maraqlı, bol qollu matç izləyiblər. Görüşün əvvəlində Haiti rəqibi çətin vəziyyətə salsa da, mərakeşlilər fasiləyədək oyunun axarını tamamilə dəyişməyi bacarıblar. İkinci hissədə də hücumlarını davam etdirən Afrika təmsilçisi üstünlüyünü qoruyaraq meydanı 4:2 hesablı qələbə ilə tərk edib.
Bu nəticə sayəsində Mərakeş yeddi xal toplayaraq pley-off mərhələsinə yüksəlib. Haiti isə qrupda xal qazana bilmədiyi üçün dünya çempionatı ilə vidalaşıb.
Braziliya Şotlandiyaya imkan vermədi

Qrupun digər görüşündə Braziliya millisi Şotlandiya ilə üz-üzə gəlib. Karlo Ançelottinin komandası ilk dəqiqələrdən oyuna nəzarəti ələ alaraq rəqib müdafiəsini davamlı təzyiq altında saxlayıb. Vinisius Junior iki dəfə fərqlənərək matçın əsas qəhrəmanına çevrilib, Matheus Kunya isə komandasının üçüncü qolunu vurub. Şotlandiya zaman-zaman hücumlar qursa da, Braziliya müdafiəsini yarmaq mümkün olmayıb.
Yekunda Braziliya 3:0 hesablı inamlı qələbə qazanaraq xalını yeddiyə çatdırıb. Top fərqinin daha yaxşı olması sayəsində “seleçao” C qrupunu birinci pillədə tamamlayıb. Üç xalla qalan Şotlandiya isə ən yaxşı üçüncü yerlərin sıralamasında taleyini gözləyəcək.
DÇ-2026, C qrupu – III tur






