EvŞou-biznesCessika Alba və Kaş Uorren 17 İllik Evlilikdən Sonra Ayrıldılar

Cessika Alba və Kaş Uorren 17 İllik Evlilikdən Sonra Ayrıldılar

Hollivud ulduzu Cessika Alba, həyat yoldaşı və kino prodüseri Kaş Uorren ilə demək olar ki, 17 illik evlilikdən sonra ayrılıb.

Məşhurların yaxın çevrəsindən alınan məlumata görə, Cessika Alba və Kaş Uorren artıq münasibətlərini bitiriblər və boşanmağa hazırlaşırlar. Ayrılığın səbəbi barədə heç bir rəsmi açıqlama verilməyib. Aktrisa və prodüser də bu xəbərə dair hələlik şərh etməyiblər.

Son bir ay ərzində cütlüyün boşanacağı barədə şayiələr dolaşırdı. 5 yanvarda aktrisa Qızıl Qlobus mükafatı tədbirindən əvvəl Chateau Marmont otelində keçirilən məclisə tək və üzük taxmadan qatılıb. Digər tərəfdən, Kaş Uorren də bir neçə gün əvvəl Los-Ancelesdə üzüyü olmadan görüntülənib.

Bununla belə, keçən həftə Cessika Alba ailəsi ilə birgə foto paylaşıb. Şəkildə aktrisa əri və üç övladı ilə əyləncə parkında görünür.

Cessika Alba və Kaş Uorren 2004-cü ildən birlikdə olublar. Onlar “Fantastik Dördlük” filminin çəkilişlərində tanış olublar. Cütlüyün birlikdə üç övladı var: 16 yaşlı Onor Mari, 12 yaşlı Heven Qarner və 7 yaşlı Hays.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər