EvCəmiyyətSaray qəsəbəsində körpünün sökülməsi: işlər hansı mərhələdədir?

Saray qəsəbəsində körpünün sökülməsi: işlər hansı mərhələdədir?

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən və Samur-Abşeron kanalı ilə dəmir yolu üzərində yerləşən yeni körpünün inşası davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinə istinadən, Daylinews-Az bildirir ki, ilkin mərhələdə mövcud kommunikasiya xətləri köçürülüb, köhnə körpü sökülüb, ərazi təmizlənib və tikinti sahəsi hazırlanıb.

Hazırda görülən işlər aşağıdakı kimidir:

  • Samur-Abşeron kanalına tərəf olan hissə tamamilə sökülüb.
  • Dəmir yolu üzərindəki hissədə isə üst qat konstruksiyası çıxarılıb.
  • Dayaqların sökülməsi işləri davam etdirilir.

Xatırlatma: 1970-ci illərdə inşa olunan və Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən köhnə körpü qəzalı vəziyyətdə olduğuna görə sökülüb. Aparılan yoxlamalar və testlər nəticəsində körpünün yükdaşıma qabiliyyətini aşağı salan ciddi qüsurlar aşkar edilib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər