İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya-2025” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı Mamagama qrupu təmsil edəcək.
Daylinews-Az xəbər verir ki, bu barədə İctimai Televiziya (İTV) məlumat yayıb.
Məlumata əsasən, yarışmada qrupun solisti Səfaəl və digər üzvlər səhnəyə çıxacaqlar.
Qeyd edək ki, Mamagama 2023-cü ildə də Azərbaycanın “Avroviziya” təmsilçisi olmaq üçün namizəd idi. Qrup əvvəllər Səfaəl və Roma Zi (Roman Zilyanev) üzvlüyündə çıxış edirdi. 2023-cü ildə Albaniyada keçirilən 23-cü Kenga Magjike festivalında “Ən Yaxşı Yeni Beynəlxalq İfaçı” kateqoriyasında qalib olub.
“Avroviziya”ya müraciət zamanı qrupun tərkibində müəyyən dəyişikliklər edilib.





