EvŞou-biznesAzərbaycanı "Avroviziya-2025"də Mamagama qrupu təmsil edəcək

Azərbaycanı “Avroviziya-2025″də Mamagama qrupu təmsil edəcək

İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya-2025” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı Mamagama qrupu təmsil edəcək.

Daylinews-Az xəbər verir ki, bu barədə İctimai Televiziya (İTV) məlumat yayıb.

Məlumata əsasən, yarışmada qrupun solisti Səfaəl və digər üzvlər səhnəyə çıxacaqlar.

Qeyd edək ki, Mamagama 2023-cü ildə də Azərbaycanın “Avroviziya” təmsilçisi olmaq üçün namizəd idi. Qrup əvvəllər Səfaəl və Roma Zi (Roman Zilyanev) üzvlüyündə çıxış edirdi. 2023-cü ildə Albaniyada keçirilən 23-cü Kenga Magjike festivalında “Ən Yaxşı Yeni Beynəlxalq İfaçı” kateqoriyasında qalib olub.

“Avroviziya”ya müraciət zamanı qrupun tərkibində müəyyən dəyişikliklər edilib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər