Son günlərdə, xüsusilə axşam saatlarında, Bakının mərkəzi küçə və prospektlərində tıxacların müddətinin uzandığı və sıxlığın artdığı müşahidə edilir. Daylinews-Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi nəzdindəki Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Tıxacların əsas səbəbi nədir?
Mərkəzin verdiyi açıqlamaya görə, 3 mart tarixindən etibarən tıxacların artması Ramazan ayı ilə bağlıdır. Bir çox vətəndaşlar iftar vaxtına yaxın şəxsi avtomobillərindən daha çox istifadə edir, xüsusilə mərkəzi küçələrdə yerləşən restoran və ictimai iaşə obyektlərinə getmək üçün. Bu da axşam saatlarında nəqliyyat sıxlığını artıraraq şəhərin giriş-çıxış yollarına da təsir edir.
NİİM-in gördüyü tədbirlər
Nəqliyyatın hərəkət intensivliyini artırmaq üçün 38 əsas küçə və prospektdə “yaşıl dalğa” rejimi tətbiq edilib. Bundan əlavə, yol polisi ilə daimi məlumat mübadiləsi aparılır.
“Yaşıl dalğa” rejimi tətbiq olunan küçə və prospektlər:
- Səməd Vurğun küçəsi
- Abbasqulu ağa Bakıxanov küçəsi
- Mikayıl Müşfiq küçəsi
- Mehdi Hüseyn küçəsi
- Şəmsi Bədəlbəyli küçəsi
- Məhəmməd Füzuli küçəsi
- Rəşid Behbudov küçəsi
- Koroğlu Rəhimov küçəsi
- 28 May küçəsi
- Üzeyir Hacıbəyov küçəsi
- Yusif Səfərov küçəsi
- Əfiyəddin Cəlilov küçəsi
- Akademik Həsən Əliyev küçəsi
- Gülara Qədirbəyova küçəsi
- İstiqlaliyyət küçəsi
- Ceyhun Hacıbəyli küçəsi
- Əhmədbəy Ağaoğlu küçəsi
- Vaqif küçəsi
- Əbdüləzəl Dəmirçizadə küçəsi
- Nəsib bəy Yusifbəyli küçəsi
- Yusif Vəzir Çəmənzəminli küçəsi
- Məmməd Araz küçəsi
- Nazim Hikmət küçəsi
- Mehdi Mehdi-zadə küçəsi
- Nizami küçəsi
- Süleyman Rəhimov küçəsi
- Tbilisi prospekti
- 8 Noyabr prospekti
- Qara Qarayev prospekti
- İnşaatçılar prospekti
- Neftçilər prospekti
- Zərifə Əliyeva prospekti
- Azadlıq prospekti
- Azərbaycan prospekti
- Şah İsmayıl Xətai prospekti
- Atatürk prospekti
- Parlament prospekti
- Fətəli xan Xoyski prospekti





