18 martda, mübarək Ramazan ayının on səkkizinci günü üçün imsak (sübh yeməyi) vaxtı 05:21-də olacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı təqvimdə qeyd olunub. Gün ərzində namaz vaxtları aşağıdakı kimi olacaq:
Namaz vaxtları (18 mart):
- Sübh azanı: 05:26
- Zöhr azanı: 12:49
- Əsr azanı: 17:04
- Məğrib azanı (iftar vaxtı): 19:05
- İşa azanı: 20:06
İmsak (sübh yeməyi) duası
“Allahım! Bu mübarək sübh saatlarında məni oyandır, qəlbimi bu zamanın bərəkəti ilə nurlandır. Ruhu və bədənimi Sənin iradənə uyğun hala gətir. Ey qəlbləri nurlandıran Allah, qəlbimi də Sənin işığınla doldur!”
İftar duası
“Allahım! Sənin rizan üçün oruc tutdum, Sənə iman gətirdim, Sənə təvəkkül etdim və Sənin verdiyin ruzi ilə iftar açıram. Ey bağışlaması geniş olan Allah, günahlarımı bağışla!”
Allah tutduğunuz orucları qəbul etsin!





