Argentinalı futbol ulduzu Lionel Messi futbol tarixində gördüyü ən yaxşı baş məşqçinin kim olduğunu bildirib. O, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanı ən yaxşı kimi qiymətləndirib.
“Qvardiola gördüyüm ən yaxşı baş məşqçi idi. Luis Enrike ona yaxınlaşan məşqçilərdən biri oldu. Karyeramın fərqli dövrlərində çox şey yaşamışam, amma Qvardiolanın dönəmi həyatımın ən yaxşı anlarından biri idi.” – deyə Messi fikirlərini bölüşüb.
Bundan əvvəl isə Pep Qvardiola futbol tarixində gördüyü ən yaxşı oyunçunun Messi olduğunu açıqlamışdı.





