UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin cavab oyunları başa çatıb və bu nəticələrdən sonra turnirin yarımfinalına vəsiqə qazanan komandalar məlum olub.
Almaniya İtaliyanı geridə qoydu
Dortmund şəhərində keçirilən həyəcan dolu qarşılaşmada Almaniya və İtaliya milliləri 3:3 hesablı bərabərliklə ayrıldılar. Lakin ilk oyundakı üstünlüyünü qoruyan almanlar ümumi hesabda 5:4 qalib gələrək yarımfinala vəsiqə qazandılar. Növbəti mərhələdə onlar Portuqaliya ilə üz-üzə gələcəklər.
Portuqaliyadan möhtəşəm dönüş
Lissabonda baş tutan oyunda Portuqaliya yığması əsas vaxtda Danimarkaya 3:2 hesabı ilə qalib gələrək hesabı ümumilikdə bərabərləşdirdi. Əlavə vaxtda daha iki qol vuran portuqaliyalılar yekunda 5:2 hesablı qələbə ilə yarımfinala yüksəldilər.
İspaniya penaltilərlə mərhələ keçdi
Valensiyada keçirilən qarşılaşma İspaniya və Niderland arasında olduqca gərgin keçdi. Matç 3:3 hesabı ilə başa çatdı və qalibi penaltilər müəyyən etdi. İspaniya penalti seriyasında 5:4 hesablı qələbə qazandı.
Fransa Xorvatiyanı mübarizədən kənarlaşdırdı
Fransa millisi evdə Xorvatiya üzərində 2:0 hesablı əzmkar qələbə qazanaraq yarımfinala adladı. Fransa bu nəticə ilə D qrupunda Azərbaycan yığmasının da potensial rəqibi oldu.
Yarımfinal cütlükləri
- Almaniya – Portuqaliya
- İspaniya – Fransa
Bu oyunlar 4 və ya 5 iyun tarixlərində baş tutacaq.
Digər nəticələr
1/4 final mərhələsi (Liqa A):
- İspaniya – Niderland: 3:3 (pen. 5:4)
- Fransa – Xorvatiya: 2:0
- Portuqaliya – Danimarka: 5:2
- Almaniya – İtaliya: 3:3
Pley-off (Liqa A/B):
- Macarıstan – Türkiyə: 0:3
- Serbiya – Avstriya: 2:0
- Şotlandiya – Yunanıstan: 0:3
- Belçika – Ukrayna: 3:0
Pley-off (Liqa B/C):
- Gürcüstan – Ermənistan: 6:1
- Sloveniya – Slovakiya: 1:0
- İslandiya – Kosovo: 1:3
- İrlandiya – Bolqarıstan: 2:1





