Aprel – qədim arami dilində “Nisan” – möcüzələr ayı sayılır. Yazın oyanışı və ruhun yenilənməsi bu dövrün əsas rəmzidir. Mart ayında baş verən iki tutulmadan sonra həyat daha sabit və başadüşülən olacaq. Bu ay emosiyalarla deyil, daha çox ilham və yaradıcılıqla idarə olunacaq. İnsanlar azadlıq və ədalət uğrunda mübarizəyə daha çox önəm verəcəklər – istər şəxsi səviyyədə, istərsə də cəmiyyət miqyasında.
Qoç
Bu ay dəyişikliklər xüsusilə mart ayında doğulanlara təsir göstərəcək. Ev və əmlakla bağlı uğurlu qərarlar qəbul edə bilərsiniz. Ayın sonuna yaxın isə gözlənilməz romantik tanışlıq mümkündür.
Buğa
Aprel, keçmişin dərslərini təhlil etmə və planları yenidən qurmaq üçün əlverişli olacaq. Təxirə salınmış layihələrə qayıtmaq və maliyyə məsələlərini yoluna qoymaq mümkündür. Gözlənilməz evlilik təklifi də istisna deyil.
Əkizlər
Peşəkar həyatda cəsarətli addım atmaq vaxtıdır. Aprel ayı fərqli qərarlarla yadda qalacaq. Şəxsi həyat isə ehtiraslı hadisələrlə dolu olacaq, amma ehtiyatı əldən verməyin.
Xərçəng
Karyerada diqqətli olmaq vacibdir. Kiçik səhvlər belə böyük nəticələrə gətirib çıxara bilər. Ayın ortalarına doğru münasibətlərdə istilik və harmoniya bərpa olunacaq.
Şir
Xaricdən gələn xəbərlər və təkliflər sizi sevindirəcək. İş və şəxsi həyat sahəsində yeniliklər olacaq. Ayın sonlarında isə tələsik qərarlar verməməyə çalışın.
Qız
Sevgi münasibətləri ön plana çıxacaq. Həyat yoldaşı ilə münasibətlər dərinləşəcək. Dostlarla isə hələlik ortaq dil tapmaq çətin olacaq. Maliyyə dəstəyi sponsor və ya kredit şəklində gələcək.
Tərəzi
İş layihələrini təqdim etmək və investorlarla əməkdaşlığa başlamaq üçün əlverişli dövrdür. Sağlamlıq və gözəllik sahəsində çalışanlar üçün uğurlu ay olacaq.
Əqrəb
İşdə diqqətli və məsuliyyətli olun – bu dövrdə rəhbərlik sizin performansınıza xüsusi diqqət yetirəcək. Ailə və yaradıcılıq sahəsində isə uğurlar sizi gözləyir.
Oxatan
Ayın çox hissəsi sevgi və pozitiv emosiyalarla dolu olacaq. Ev dəyişmək və ya şəhərdən köçmək ehtimalı yüksəkdir. Yeni həyat mərhələsinə qədəm qoyursunuz.
Oğlaq
Əmlakla bağlı əməliyyatlar üçün əla zamandır – istər alma, istərsə də satmaq üçün. Sevgi münasibətləri də bu ay yeni nəfəs alacaq. Qısa olsa da, güclü və emosional bağlar mümkündür.
Dolça
İş həyatında uğurlar sizi gözləyir, lakin həmkarların oyunlarına uymayın. Yaxınlarla münasibətlərdə isə güzəştə getmək vacib olacaq.
Balıqlar
Nəhayət, Neptunun çıxması ilə həyatınızda aydınlıq yaranacaq. Enerji artacaq və məqsədlərə çatmaq daha asan olacaq. Bu ay istədiyiniz hər şeyi əldə etmək üçün ideal zamandır.





