Kanal S telekanalının qalmaqallı aparıcısı Nigar Fərhad yaxın günlərdə Azərbaycanı tərk edəcəyini açıqlayıb. Bu barədə o, şəxsi Instagram hesabının hekayələr bölməsində məlumat verib.
Səfər məqsədi və psixoloji dəstək
Aparıcının sözlərinə görə, gələn həftənin çərşənbə axşamı günü ABŞ-a uçur. “Hər şey qaydasındadır. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Hamınızı çox sevirəm. Gələn həftə ABŞ-a gedirəm, səfərim üç həftə davam edəcək. Bir qədər sakitləşmək, dostlarımı və yaxınlarımı ziyarət etmək istəyirəm. Veriliş olmayacaq“, – deyə o bildirib. Nigar Fərhad qeyd edib ki, baş verən hadisələrdən sonra psixoloqla görüşəcəyini də planlaşdırır.
Qalmaqala səbəb olan çıxış
Xatırladaq ki, aparıcının Kanal S-də yayımlanan “Sözün bitdiyi an” verilişində səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. O, efirdə belə demişdi:
“Əgər oğlum olsaydı, atası olmayan bir qızla evlənməsinə razı olmazdım. Çünki ailəmdə evin kişisi hər zaman kişi kimi olub. Qadın ərinə tabe olmağı bacarmırsa, heç vaxt heç kimin oğlunu xoşbəxt edə bilməz.”
Bu açıqlamalar sosial mediada kəskin tənqidlərə səbəb olub. İctimaiyyətin təzyiqləri fonunda, Kanal S-in yayımı 24 saatlıq dayandırılmışdı.






