Evİdman"Qarabağ" Azərbaycan Kubokunda yeni tarix yazdı

“Qarabağ” Azərbaycan Kubokunda yeni tarix yazdı

Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan Kuboku tarixində növbəti əlamətdar uğura imza atıb. Komanda bu mövsüm 12-ci dəfə kubokun finalına yüksələrək bu göstəricidə yeni rekord müəyyən edib.

Daylinews-az.comun PFL-in rəsmi saytına istinadla verdiyi xəbərə görə, indiyədək bu rekord “Neftçi”yə məxsus idi – “ağ-qaralar” 11 dəfə finalda çıxış etmişdi.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda yarımfinal mərhələsində “Araz-Naxçıvan”ı iki oyunun nəticəsinə əsasən məğlub edib – 0:1 və 3:0.

“Qarabağ”ın Azərbaycan Kuboku finallarındakı statistikası:

Qalib gəldiyi mövsümlər (8 dəfə):

  • 1993
  • 2005/2006
  • 2008/2009
  • 2014/2015
  • 2015/2016
  • 2016/2017
  • 2021/2022
  • 2023/2024

Uduzduğu finallar (3 dəfə):

  • 1995/1996
  • 1997/1998
  • 1999/2000

Ağdam klubu 12-ci finala yüksəlməklə bu göstəricidə tarixə düşüb və növbəti dəfə kuboku qazanmağa bir addım da yaxınlaşıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər