EvİqtisadiyyatAzərbaycana çürük bananlar və zəhərli ərik tumları gətirildi

Azərbaycana çürük bananlar və zəhərli ərik tumları gətirildi

Azərbaycana idxal edilən bəzi meyvə məhsullarında ciddi təhlükəsizlik pozuntuları aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, Ekvadordan gətirilən bananlar və İrandan idxal olunan ərik tumları tələblərə uyğun olmayıb.

Bildirilib ki, “Aferol Qida” MMC tərəfindən ölkəyə idxal olunan 24 ton bananın üzərində yoxlama aparılıb və məhsullarda açıq-aşkar çürümə əlamətləri müəyyən edilib.

Eyni zamanda, “Yedcon 2024” MMC tərəfindən İranın Bazargani Mobin Artın Nikan şirkətindən gətirilən 320 kiloqramlıq ərik tumlarında aparılan laborator analizlər nəticəsində B1 aflatoksininin normadan artıq olduğu ortaya çıxıb.

AQTA-nın qərarına əsasən:

  • Hər iki partiya məhsulun ölkədən çıxarılması, məhsulun məhv edilməsi və ya zərərsizləşdirilməsi barədə göstəriş verilib.
  • İstehlak üçün yararsız olan bu məhsullar tamamilə ləğv edilib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər