69-cu “Eurovision” Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycanın səsvermə nəticələrini tanınmış müğənni Safura Alizadə elan edəcək. Daylinews-az.com xəbər verir ki, ifaçı bu rolunu canlı yayımda yerinə yetirəcək və tamaşaçılara Azərbaycanın verdiyi xalları təqdim edəcək.
Qeyd edək ki, Safura Alizadə 2010-cu ildə “Eurovision”da “Drip Drop” mahnısı ilə 5-ci yeri qazanıb və bundan əvvəl 2010 və 2012-ci illərdə də eyni missiyanı yerinə yetirib.
Bu il Eurovision-2025-in finalı 17 may tarixində İsveçrənin Bazel şəhərində keçiriləcək. Azərbaycanın təmsilçisi isə Mamagama qrupu olacaq, yarışmada “Run with u” mahnısı ilə səhnəyə çıxacaq.





