EvŞou-biznesSəslərin nəticələrini finalda Safura Aylazadə elan edəcək

Səslərin nəticələrini finalda Safura Aylazadə elan edəcək

69-cu “Eurovision” Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycanın səsvermə nəticələrini tanınmış müğənni Safura Alizadə elan edəcək. Daylinews-az.com xəbər verir ki, ifaçı bu rolunu canlı yayımda yerinə yetirəcək və tamaşaçılara Azərbaycanın verdiyi xalları təqdim edəcək.

Qeyd edək ki, Safura Alizadə 2010-cu ildə “Eurovision”da “Drip Drop” mahnısı ilə 5-ci yeri qazanıb və bundan əvvəl 2010 və 2012-ci illərdə də eyni missiyanı yerinə yetirib.

Bu il Eurovision-2025-in finalı 17 may tarixində İsveçrənin Bazel şəhərində keçiriləcək. Azərbaycanın təmsilçisi isə Mamagama qrupu olacaq, yarışmada “Run with u” mahnısı ilə səhnəyə çıxacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər