EvİqtisadiyyatMərkəzi Bank BakıKart ilə bağlı qərar qəbul etdi

Mərkəzi Bank BakıKart ilə bağlı qərar qəbul etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) BakıKart elektron pul təşkilatının operatoru olan K Group MMC ilə bağlı düzəliş tədbirlərinin tətbiqinə qərar verib.

Daylinews-az.com xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Mövcud nəzarət prosesləri çərçivəsində K Group MMC ilə əlaqədar həyata keçirilən hesablaşmalar, qəbul edilmiş vəsaitlərin təhlükəsizliyi, təqdim olunan hesabatların düzgünlüyü və informasiya təhlükəsizliyi sahəsində öhdəliklərin yerinə yetirilməsi təhlil edilib.

Qanun pozuntuları və tətbiq olunan tədbirlər

K Group MMC tərəfindən müvafiq qanunvericilik və normativ aktların tələblərinin pozulması aşkar edildikdən sonra, Azərbaycan Respublikasının “Mərkəzi Bankı haqqında” qanununun 48.2.4 və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1 maddələrinə əsasən düzəliş tədbirləri tətbiq edilib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər