EvİdmanLamiya Vəliyevanın həyat yoldaşı Azərbaycanı yarışlarda təmsil etmək istəyir

Lamiya Vəliyevanın həyat yoldaşı Azərbaycanı yarışlarda təmsil etmək istəyir

Dördqat dünya çempionu və ikiqat paralimpiya çempionu Lamiya Vəliyeva və onun Cənubi Afrikalı həyat yoldaşı Tembo Con Monarenq ilk dəfə olaraq mətbuata müsahibə veriblər.

Daylinews-Az xəbər verir ki, cütlük tanışlıq tarixlərini AStar TV kanalına açıqlayıb.

Tanışlıq və həyatın yeni mərhələsi

Lamiya Vəliyevanın sözlərinə görə, o, Tembo ilə 2023-cü ildə Çinədə keçirilən Dünya Tələbə Oyunlarında tanış olub.

“O, mənim atamın reaksiyasını necə qəbul edəcəyimi düşünürdüm. Lakin atam yaxşı qarşılayıb və dedi ki, əsas odur ki, insan yaxşı olsun. Mənə bir şərt qoydu – Bakıdan getməyim. Tembo Con isə mənim üçün burada daimi yaşamağa qərar verdi. Bu, çox böyük addım idi. Çünki o, öz ailəsini, vətənini tərk edib Azərbaycana gəldi. Hazırda Azərbaycan dilini öyrənir. Birlikdə məşq edirik. O, daim ailəmlə, məşqçilərimlə ünsiyyətdədir. Buna görə də dili asanlıqla öyrənir və çox sözləri anlayır”, – deyə idmançı əlavə edib.

Yeni həyat və planlar

Tembo Con Monarenq artıq 6 aydır Azərbaycanda yaşayır. Cütlük keçən il rəsmi olaraq evlənib və nikah mərasimi avqust ayında olacaq.

“Bizim ailələrimiz videokonfransla əlaqə saxlayıblar. Onun anası və bacısı məni çox bəyənir. Bacısı avqustda Bakıdakı toyumuza gələcək. Cənubi Afrikada da toy olacaq, çünki məsafə çox olduğu üçün onun bütün ailə üzvləri Bakıya gələ bilməyəcək”, – deyə Lamiya Vəliyeva bildirib.

Tembo Con-un Azərbaycan uğurları

Paralimpiya idmançımız əlavə etdi ki, həyat yoldaşı Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək istəyir, lakin bu sahədə müəyyən çətinliklər mövcuddur.

“Tembo – yüngül atletdir, idmanda çox uğurları olub. Onun böyük potensialı var, sadəcə dəstək lazımdır. Hazırda bu istiqamətdə çətinliklər var. Mən bir neçə dəfə müraciət etmişəm. Amma qarışıqlıq yaranıb. Əvvəlcə Azərbaycan Yüngül Atletika Federasiyasına müraciət etdik, onlar bizi dəstəklədilər. Amma əsas dəstək Gənclər və İdman Nazirliyindən gəlməlidir. Hazırda biz nazirlikdən dəstək gözləyirik. Hələ hansı yarışlara hazırlaşdığını bilmir, amma biz birlikdə intensiv məşq edirik. Mən inanıram ki, həyat yoldaşım Azərbaycan xalqı üçün böyük nailiyyətlər qazana bilər”, – deyə Vəliyeva əlavə edib.

Tembo Con Monarenq də bildirib ki, o, yarışlarda iştirak etməyi və Azərbaycanı təmsil etməyi istəyir. Məşqlərdən əlavə, o, hazırda bir neçə kursda ingilis dili tədris edir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər