Rusiya və Ukrayna arasında İstanbulda planlaşdırılan danışıqlarda Rusiya Prezidenti Vladimir Putinin iştirakı məsələsinə Kreml rəsmi şəkildə aydınlıq gətirib.
Peskov məsələni qapadı: “Putin danışıqlarda olmayacaq”
Daylinews-Az xəbər verir ki, Rusiya mətbuatına istinadən, Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin bu danışıqlarda şəxsən iştirak etməyəcəyini açıqlayıb. “Danışıqlarda prezidentin iştirakı nəzərdə tutulmur”, – deyə Peskov bəyan edib.
ABŞ prezidenti də iştirak etməyəcək
Qeyd edək ki, bu prosesdə ABŞ Prezidenti Donald Trampın da iştirakı gözlənilmirdi. Lakin Tramp 16 mayda Türkiyəyə səfər etməyə hazır olduğunu bildirmişdi. Buna baxmayaraq, onun da birbaşa danışıqlarda iştirak etməyəcəyi öncədən məlum olub.
Beləliklə, həm Rusiya, həm də ABŞ prezidentləri bu dəfəki danışıqlara texniki səviyyədə yanaşmağa qərar veriblər, liderlərin iştirakı olmadan proses diplomatlar səviyyəsində davam etdiriləcək.





