Azərbaycanın dünya bazarlarında satılan xam nefti – Azeri Light növü yenidən bahalaşıb. Bu barədə Daylinews-az.com məlumat yayıb.
Verilən məlumata əsasən, bir barel Azeri Light (CIF) markalı neftin qiyməti 1.06 ABŞ dolları və ya 1.5% artaraq 71.85 dollara yüksəlib. Bahalaşma qlobal enerji bazarlarında qiymətlərin stabilləşməsi ilə əlaqələndirilir.
Eyni zamanda, Brent markalı neftin avqust ayı üzrə fyuçerslərinin qiyməti 69.6 dollar səviyyəsində qərarlaşıb.





