Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən Bakı-Sumqayıt sərnişin qatarlarının 14–16 iyun tarixlərində hansı qrafiklə işləyəcəyi bəlli olub. Daylinews-az.com “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki:
- 14 və 16 iyun tarixlərində qatarlar şənbə günü rejimi ilə işləyəcək;
- 15 iyun, yəni Milli Qurtuluş Günü, bazar günü cədvəlinə uyğun hərəkət olunacaq.
Qeyd edək ki, 15 iyun – Milli Qurtuluş Günü bu il bazar gününə düşür. Əmək Məcəlləsinə əsasən, bayram günü istirahət gününə təsadüf etdikdə, növbəti iş günü – yəni 16 iyun (bazar ertəsi) rəsmi qeyri-iş günü sayılır.





