“Dövlət Sosial Müdafiə Fondu”nun məlumatına görə, bu ilin ilk 7 ayında pensiya ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 4 milyard 142 milyon manata çatıb. Bu da 367 milyon manat əlavə xərcləmə deməkdir. Daylinews-az.com xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkədə paylaşım edib.
Deputat pensiya ödənişlərindəki artımın əsas səbəbini 2025-ci il üçün qəbul edilmiş 5-ci sosial paket ilə əlaqələndirib:
- İlin əvvəlindən bütün əmək pensiyaları 8.1% artırılıb.
- Minimum pensiya 14.3% artaraq 320 manata çatdırılıb.
- Bu dəyişikliklər 1.1 milyon vətəndaşı əhatə edir və ödənişlərin ümumi artımına səbəb olub.
Bundan əlavə, ilin geridə qalan dövründə yeni pensiya təyinatları davam etdirilib:
- 27 min təyinat e-sistem vasitəsilə proaktiv şəkildə həyata keçirilib.
- Eyni zamanda, 94 200 nəfərdən çox vətəndaşa sosial müavinət və təqaüd təyin olunub, bu da qərarların çevik qəbulunu və elektronlaşmanı göstərir.
2025-ci ilin dövlət büdcəsində sosial xərclər 16.9 milyard manat, onun isə 4.8 milyard manatı sosial müdafiəyə yönəldiləcək ki, bu da pensiya ödənişlərinin artmasına səbəb olacaq, – deputat bildirib.





