Sumqayıt şəhərində Saray körpüsünün ətrafındakı yolların genişləndirilməsi ilə əlaqədar olaraq sabah təxminən beş min abonentə təbii qaz verilmir. Daylinews-az.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi, Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.
Bildirilir ki, 14 avqust tarixində saat 10:00-dan etibarən aşağıdakı ərazilərdə yaşayan abonentlər qazsız qalacaq:
- “Saray bağları” massivi
- “Qurd dərəsi”
- 52-ci məhəllə
Qaz verilişindəki məhdudiyyətlər, planlaşdırılan işlərin tamamlanmasına qədər davam edəcək.





