Bu gün Fransa Liqasında yay transfer pəncərəsi rəsmi olaraq bağlanıb. Daylinews-az.com-un BBC-yə istinadən verdiyi məlumatına görə, bu müddət ərzində çempionatda ən yüksək dəyərə malik olan beş transfer müəyyənləşib.
Fransa Liqasında yayın ən bahalı transferləri aşağıdakılardır:
- İlya Zabarnı – “Bornmut”dan PSJ-yə, 63 milyon avro
- Luk Şevalye – “Lill”dən PSJ-yə, 40 milyon avro
- İqor Payxao – “Feyenoord”dan “Marsel”ə, 30 milyon avro
- Otavio – “Portu”dan PSJ-yə, 17 milyon avro
- Julio Ensio – “Brayton”dan “Strasburq”a, 18.5 milyon avro
Beləliklə, PSJ yay transfer pəncərəsində iki ən bahalı keçidi reallaşdıraraq çempionatda diqqət çəkən mövqeyini qoruyub.





