Çin Mərkəzi Televiziyası (CCTV) sentyabrın 1-də Tiencin şəhərində “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən sammit çərçivəsində dövlət və hökumət başçılarının xanımlarının Hayha çayında gəmi gəzintisini əks etdirən reportaj yayımlayıb.
Daylinews-az.com-un AZƏRTAC-a istinadən verdiyi məlumata görə, reportajda Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın sammit iştirakçısı olan xarici ölkə liderlərinin xanımlarını Tiencində çay üzərindəki gəmi turuna dəvət etdiyi vurğulanıb.
Gəmi turu zamanı qonaqlar:
- Tiencinin tarixi və inkişafı ilə tanış olub,
- Sahil mənzərələrini izləyib,
- Ənənəvi üçsimli musiqi alətinin ifasını dinləyib,
- Səmimi söhbətlər aparıb və göyərtədə xatirə şəkilləri çəkdiriblər.
Reportajda həmçinin qeyd olunub ki, qonaqlar Çin mədəniyyətinin zənginliyini və ölkənin müasir inkişafını yüksək qiymətləndiriblər.





