Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa minnətdarlığını bildirib.
Sosial şəbəkədə paylaşım
Daylinews-az.com xəbər verir ki, dövlət başçısı bu barədə X platformasındakı rəsmi hesabında paylaşım edib. Prezident İlham Əliyevin yazdığı müraciətdə deyilir:
“Cənab Prezident Donald Tramp, Truth Social hesabınızdakı səmimi sözlərinizə görə sizə təşəkkür edirəm. Azərbaycanın və Ermənistanın sülh prosesinin irəlilədilməsində, eləcə də tarixi Vaşinqton sammitinin təşkilində mühüm rolunuzu yüksək qiymətləndirirəm. Siz Azərbaycan ilə ABŞ arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarısınız. Bizim dostluğumuzu çox yüksək dəyərləndirirəm”.






