Donald Tramp administrasiyası Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları üçün aprelin sonunu rəsmi qərar qəbul etmək üçün son tarix kimi nəzərdən keçirir.
Yeni sanksiyalar gündəmdədir
Daylinews-Az-ın “Axios” agentliyinə istinadən verdiyi məlumata görə, əgər Vladimir Putin yaxın həftələrdə atəşkəsə razılıq verməsə, ABŞ Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyə hazırdır.
Bu məhdudiyyətlər iki əsas formatda nəzərdə tutulur:
- Donald Trampın prezident fərmanı əsasında imzalayacağı sanksiyalar – bu halda sanksiyaların ləğvi də prezidentin qərarı ilə mümkündür;
- Konqres tərəfindən qəbul ediləcək qanunlarla rəsmiləşdirilən tədbirlər – bu zaman onların aradan qaldırılması çox uzun prosedur tələb edəcək və illərlə davam edə bilər.
Trampın emissarı Moskvaya yollanır
Mənbənin iddiasına görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bu mesajı birbaşa Kremlə çatdıracaq. Onun 11 aprel tarixində Putinlə görüşü nəzərdə tutulur.
ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio da daha əvvəl – 4 apreldə bildirmişdi ki, Vaşinqton Rusiyanın qərarını aylarla gözləmək niyyətində deyil və Kremldə düşünmək üçün yalnız bir neçə həftə vaxt var





