Forumda idxal-ixrac əməliyyatlarının cari vəziyyəti, Kiçik və Orta Bizneslərin (KOB) ixracda iştirak payının artırılması və ticarət sahəsində əməkdaşlıq imkanları müzakirə olunacaq.
Daylinews-az.com xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Forum, KOBİA və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı və “PAŞA Holding”in dəstəyi ilə oktyabrın 1-də keçiriləcək.
Forumun əsas mövzusu “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” olacaq. Tədbirin məqsədi sahibkarların iştirakı ilə idxal-ixrac əməliyyatları sahəsində mövcud imkanları və onların ixracda payını artırmaq yollarını müzakirə etmək, ticarət sahəsində yeni əməkdaşlıq perspektivlərini dəyərləndirməkdir.
Forumda dövlət rəsmiləri, idxal-ixrac əməliyyatları, istehsalat, logistika, gömrük təmsilçiliyi sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək.