“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində nəzərdə tutulub ki, 2026-cı il yanvarın 1-dən etibarən yalnız elektrik mühərrikli avtomobillərin idxalı və satışı bir il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Bu güzəşt 2027-ci ilin yanvarın 1-dək qüvvədə qalacaq.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfəri bildirib ki, bu qərar yalnız tam elektriklə işləyən nəqliyyat vasitələrinə aid olunacaq. Dövlətin məqsədi ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkədə yayılmasını təşviq etməkdir. Ekspert əlavə edib ki, belə bir proqram davamlı olaraq dəstəklənir və bu il hibrid avtomobillərə tətbiq olunan ƏDV güzəştinin ləğv olunması mümkündür.
Əgər hibrid avtomobillər üçün ƏDV güzəşti aradan qaldırılsa, idxal olunan yeni hibrid avtomobillərin qiymətində artım olacaq və bu yüksəliş daxildə satılan hibrid avtomobillərə də təsir göstərəcək.





