Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin ilk tur oyunları bu gün keçiriləcək.
Daylinews-az xəbər verir ki, ilk oyun günündə ümumilikdə 6 qarşılaşma baş tutacaq. Seçmə mərhələ H, G və yeni yaradılmış K qruplarında start götürür.
Avropa zonasında 2026 Dünya Çempionatına vəsiqə qazanan komandalar müəyyənləşəcək və bu mərhələdə komandalar öz qruplarında ilk yerlər uğrunda mübarizə aparacaqlar.
21 mart – I tur oyunları
H qrupu
- 21:00 – Kipr – San-Marino
- 23:45 – Rumıniya – Bosniya və Herseqovina
G qrupu
- 23:45 – Polşa – Litva
- 23:45 – Malta – Finlandiya
K qrupu
- 23:45 – İngiltərə – Albaniya
- 23:45 – Andorra – Latviya
Seçmə mərhələnin ilk turunda favorit komandaların necə çıxış edəcəyi və hansı yığmaların gözlənilməz nəticələr göstərəcəyi futbolsevərlər tərəfindən maraqla izlənəcək.





