EvİdmanDonnarumma PSJ-dən ayrıldığını açıqladı

Donnarumma PSJ-dən ayrıldığını açıqladı

İtaliyalı qapıçı PSJ-nin oyunçusu Canluici Donnarumma klubdan ayrıldığını təsdiqləyib. Onun Premyer Liqaya keçidi ilə bağlı şayiələr fonunda futbolçu bu xəbəri Instagram hesabında paylaşıb.

“Gəldiyim ilk gündən bəri meydanda və onun kənarında bütün gücümü ortaya qoydum ki, yerimi qazanim və Paris Sen-Jermen qapısını qorum. Təəssüf ki, kimlərsə artıq kollektivin bir hissəsi olub uğura töhfə verə bilməyəcəyimə qərar verdi. Məyus və kədərlənmişəm.

Ümid edirəm ki, ‘Park de Prens’ stadionunda azarkeşlərimə bir daha baxıb vidalaşmaq şansım olar. Əgər bu baş verməsə, bilin ki, dəstəyiniz və sadiqliyiniz mənim üçün çox önəmlidir və bunu heç vaxt unutmayacağam. Sizin sayənizdə yaşadığım hisslər, sehrli axşamlar və xatirələr həmişə qəlbimdə qalacaq.

Komanda yoldaşlarım – ikinci ailəm – hər döyüş, hər gülüş, hər an üçün sizə təşəkkür edirəm. Siz həmişə mənim qardaşlarım olacaqsınız.

Bu klubda oynamaq və bu şəhərdə yaşamaq böyük şərəf idi. Təşəkkürlər, Paris!” – deyə qapıçı yazıb.

Əvvəlki xəbərlərə görə, Donnarumma Mançester Sitinin transfer hədəfidir. “Şəhərlilər” qapıçı Edersonun Qalatasaraya keçidini razılaşdırdıqdan sonra, İngiltərə klubu İtaliya millisinin qapıçısı üçün PSJ-yə rəsmi təklif göndərəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər