Teleqramın məxfilik siyasətinə əsasən, qaydaları pozan şəxslərin İP ünvanları və telefon nömrələri, qanuni sorğular əsasında hakimiyyət orqanlarına açıqlana bilər.
“Daylinews-az”un Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, bu barədə messencerin yaradıcısı Pavel Durov məlumat verib.
Durov həmçinin bildirib ki, Teleqram öz məxfilik siyasətini yenidən nəzərdən keçirib. O, əlavə edib ki, messencerdə “qeyri-qanuni malların” satışını qarşısını almaq üçün axtarış funksiyası daha təhlükəsiz hala gətirilib.