Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa milli bayram münasibətilə təbrik məktubu göndərib. Prezident məktubunda Fələstin xalqına dəstək və iki ölkə arasında dostluq əlaqələrinin güclənməsi ilə bağlı xoş arzularını ifadə edib.
Prezidentin məktubundan seçmələr:
“Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.”
Prezident İlham Əliyev Azərbaycanın Fələstin xalqının azadlıq və müstəqillik mübarizəsini daim dəstəklədiyini vurğulayıb. Azərbaycan, münaqişənin “iki dövlət” prinsipi əsasında və Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
“Biz bundan sonra da BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi vasitəsilə və ikitərəfli əsasda Fələstinə humanitar dəstək göstərəcəyik.”
Prezident həmçinin iki ölkə arasında dostluq əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib və Fələstin xalqına sülh və əmin-amanlıq arzulayıb.