EvİqtisadiyyatMərkəzi Bank borcalanların zərər kriteriyasını sərtləşdirən yeni qayda qəbul edib

Mərkəzi Bank borcalanların zərər kriteriyasını sərtləşdirən yeni qayda qəbul edib

Mərkəzi Bankın (AMB) İdarə Heyəti tərəfindən 22 iyul 2022-ci il tarixli qərarla təsdiq olunmuş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin kompensasiyası üçün xüsusi ehtiyatların formalaşdırılması Qaydası”nda dəyişikliklər aparılıb.

daylinews-az.com-un məlumatına görə, bu məqsədlə AMB-nin sədri Taleh Kazımov tərəfindən yeni qərar imzalanmışdır.

Qərara uyğun olaraq, borcalanın zərərinin hesablanması prosesində onun faiz, vergi və amortizasiya xərcləri nəzərə alınmayacaq. Başqa ifadə ilə, borcalanın zərərlə fəaliyyət göstərməsi onun faiz, vergi və amortizasiya xərcləri çıxılmamış mənfəət göstəricisinin onun ümumi faiz xərclərindən aşağı olması və ya mənfi dəyərə malik olması kimi qəbul ediləcək.

Bundan əlavə, yüksək keyfiyyətli qiymətli kağızlara AMB-nin emissiya etdiyi qiymətli kağızlarla bərabər kredit reytinqinə sahib çoxtərəfli inkişaf banklarının buraxdığı qiymətli kağızlar da daxil edilmişdir.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər