Evİdman"Nottingem Forest"in hücumçusu süni komaya salındı – ştanqaya çırpılan futbolçunun həyatı təhlükədə

“Nottingem Forest”in hücumçusu süni komaya salındı – ştanqaya çırpılan futbolçunun həyatı təhlükədə

İngiltərə Premyer Liqasının 36-cı turunda “Lester”lə oyunda (2:2) ağır zədə alan “Nottingem Forest”in hücumçusu Tayvo Avoniyi süni komaya salınıb.

Hadisə matçın ikinci hissəsində baş verib. Daily Mail-in məlumatına görə, 26 yaşlı nigeriyalı futbolçu qapının dirəyinə çırpılıb. Yaralanmasına baxmayaraq, oyunçu bir müddət mübarizəni davam etdirib, lakin vəziyyəti pisləşdiyi üçün əvəzlənib.

Az sonra Avoniyi təcili şəkildə xəstəxanaya çatdırılıb. Həkimlər futbolçunun qarın boşluğunda əməliyyat aparıblar. Bildirilir ki, zədə son dərəcə təhlükəli xarakter daşıyır və oyunçunun həyatına təhlükə yaradır.

Hazırda futbolçunun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər