Reuters yazır ki, Rusiya nüvə enerji qurğusuna malik “Burevestnik” qitələrarası qanadlı raketinin yeni sınağına hazırlaşır. Bu barədə Qərb təhlükəsizlik mənbəsi və Yeni Torpaq arxipelaqındakı poliqonun peyk görüntülərini araşdıran iki tədqiqatçı məlumat verib.
Analitiklər Ceffri Lyuis və Deker Eveletin sözlərinə görə, fotolarda yük konteynerləri yığınları, avadanlıqlar və iyulun sonundan etibarən gələn personal görünür. Həmçinin, poliqonda iyulun ortasından etibarən sınaqlardan məlumat toplamaq üçün hazırlanmış iki təyyarə yerləşdirilib.
Lyuisin sözlərinə görə, görüntülərdə poliqon ətrafında daha əvvəl “Burevestnik” sınaqları ilə bağlı olan ən azı beş gəmi də var. Əvvəlki sınaqlarda iştirak etmiş altıncı gəminin isə 19 avqustda Yeni Torpağa çatması gözlənilir.
Reuters-ə danışan ekspertlərin fikrincə, “Burevestnik”in yeni sınağı 15 avqusta planlaşdırılan Donald Tramp və Vladimir Putin görüşündən əvvəl müəyyən edilib.





