Evİdman2025-ci il "Qızıl Top" Namizədləri Açıqlanıb

2025-ci il “Qızıl Top” Namizədləri Açıqlanıb

Məşhur britaniyalı futbol saytı Goal.com 2025-ci il “Qızıl Top” mükafatına əsas namizədlərin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Daylinews-Az məlumat yayıb.

Siyahının ilk sırasında “Liverpul” və Misir milli komandasının ulduz oyunçusu Məhəmməd Salah yer alır. İkinci yerdə “Real Madrid” klubunun braziliyalı hücumçusu Vinisius Junior, üçüncü yerdə isə “Barselona” komandasının yarımmüdafiəçisi Rafinya qərarlaşıb.

2025-ci il “Qızıl Top” Namizədlərinin İlk Onluğu (Goal.com versiyası)

  1. Məhəmməd Salah (“Liverpul”).
  2. Vinisius Junior (“Real Madrid”).
  3. Rafinya (“Barselona”).
  4. Cəmal Musiala (“Bavariya”).
  5. Robert Levandovski (“Barselona”).
  6. Lamin Yamal (“Barselona”).
  7. Kilian Mbappe (“Real Madrid”).
  8. Harri Keyn (“Bavariya”).
  9. Koul Palmer (“Çelsi”).
  10. Florian Virtz (“Bayer”).

Əvvəlki Qalib

Xatırladaq ki, 2024-cü ilin “Qızıl Top” mükafatını İspaniyanın “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri qazanmışdı.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər