Gələn il Azərbaycanda orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata yüksəlməsi proqnozlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu artım əvvəlki illərdəki sosial siyasətin davamıdır.
2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya isə 234 manatdan 575 manata qalxıb ki, bu da 2018-ci ilə müqayisədə 2,8 dəfə və 2,7 dəfə artımı təşkil edir. Eyni dövrdə pensiyaların maliyyələşdirilməsi üçün ayrılan büdcə vəsaiti 2,3 dəfə artaraq 7 milyard 993 milyon manata çatacaq.
Nazirliyin açıqlamasına görə, 2026-cı ildə pensiyaların indeksasiyası ədalətli əməkhaqqı artımı əsasında tətbiq olunacaq və bu proses təqribən 1,1 milyon vətəndaşı əhatə edəcək. Sosial xərclərin ümumi həcmi isə 4 milyard 873 milyon manata qalxacaq.





