Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Apellyasiya məhkəmələrinə yeni hakimlərin təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Daylinews-az-nın verdiyi məlumata görə, müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənov Ali Məhkəmənin hakimləri təyin olunublar.
Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri Zamiq Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
Bununla yanaşı, Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə də yeni hakimlər təyin edilib.