Bu gün III MDB Oyunları çərçivəsində idmansevərləri 9 fərqli idman növü üzrə maraqlı qarşılaşmalar gözləyir.
Qəbələ şəhər stadionunda futbol üzrə üçüncü və beşinci yerlər uğrunda görüşlər keçiriləcək. Bürünc medal üçün Belarus və Tacikistan yığmaları yarışacaq, digər matçda isə Özbəkistan Qırğızıstanla qarşılaşacaq.
Qəbələdə badminton üzrə fərdi, qoşa və qarışıq qoşa (mikst) yarışlar davam edir.
Yevlax Olimpiya İdman Kompleksində kişi boksçular 46, 48, 50, 52, 54, 57, 60, 63, 66, 70, 75, 80 və +80 kq çəki dərəcələrində yarımfinal mərhələsində mübarizə aparacaqlar.
Şəki Olimpiya İdman Kompleksində qız və oğlan gimnastların fərdi və sinxron proqramda final qarşılaşmaları izləniləcək.
Gəncə İdman Sarayında qılıncoynadanların turniri, A qrupunda isə voleybol matçları baş tutacaq. Burada Qırğızıstan və Rusiya komandaları üz-üzə gəlir, Azərbaycan millisi isə Özbəkistanla yarışacaq.
Gəncədə eyni zamanda müxtəlif çəki dərəcələrində (40, 45, 46, 51, 53, 60, 61, 71, 92 kq) güləş yarışları davam edir.
Mingəçevirdəki “Kür” Olimpiya Tədris-Idman Mərkəzində 50, 55, 60, 67 kq çəki dərəcəsində karate üzrə turnir keçirilir.
Xankəndi şəhər stadionunda isə kamandan oxatma yarışları reallaşır.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışda 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə iştirak edir; Azərbaycanı 340 idmançı təmsil edir.





