Dünya Badminton Federasiyası (BWF) milli komandaların yeni reytinq siyahısını açıqlayıb və Azərbaycan badminton yığması 4 pillə irəliləyərək ümumi siyahıda 23-cü yerə yüksəlib. Komandanın aktivində 2300 reytinq xalı var.
2018-ci ildə 85-ci sırada olan Azərbaycan komandası ilbəil irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı mövqeyə çatmışdı. Son 9 ay ərzində isə millimiz reytinqdə daha 22 pillə irəliləyərək böyük inkişaf nümayiş etdirib.
Bu göstəricilər Azərbaycan badmintonunun beynəlxalq səviyyədə təsirinin artdığını və gələcəkdə daha yüksək nəticələr əldə etmək potensialını açıq şəkildə ortaya qoyur.





