Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi növbəti iş yarmarkasını Laçın şəhərində təşkil edir. Tədbir oktyabrın 29-da saat 11:00-da Laçın istirahət kompleksində baş tutacaq.
Yarmarkada 20-dən çox yerli müəssisə iştirak edərək müxtəlif sahələr üzrə 121 vakant iş yerini təqdim edəcək. Müraciət edən namizədlər arasında uyğun olanlar qeydiyyata alınacaq. Bundan əlavə, iştirakçılara Agentliyin həyata keçirdiyi aktiv məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.
Laçında keçiriləcək bu iş yarmarkası bölgədə işsizliyin azaldılması və iş axtaranlarla işəgötürənlərin görüşməsi üçün uğurlu platformadır. Tədbir həmçinin əmək bazarındakı şəffaflıq və peşə yönümlü əməkdaşlığın inkişafına xidmət edir.





