UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri oktyabrın 29-da saat 15:00-dan satışa təqdim ediləcək. Bu barədə Ağdam klubunun rəsmi məlumatında bildirilib.
Biletlərin qiymət aralığı müxtəlifdir: standart bölgələr üçün 10, 15, 25, 35, 40, 50, 75 manat; VIP zonalar üçün 200, 250, 300 və 400 manat; VVIP sektor üçün isə qiymət 1000 manat təşkil edir. Biletlər yalnız iTicket.az saytından və mobil tətbiqindən əldə olunacaq.
Oyunun başlanma vaxtı isə Bakı vaxtı ilə saat 20:45-dir. Azarkeşlər maraqlı və gərgin mübarizəyə şahidlik etmək üçün biletləri vaxtında təmin etməyə çağırılır.





