İngiltərənin “Nottinqem Forest” klubu sosial şəbəkə hesabındakı paylaşıma görə 750 min funt-sterlinq (təxminən 980 min dollar) məbləğində cərimələnib.
Daylinews-az xəbər verir ki, ötən mövsüm Premyer Liqada qalmaq uğrunda “Luton Taun” ilə mübarizə aparan “Nottinqem Forest”, “Everton”a 0:2 hesabı ilə məğlub olduqdan sonra sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Klubun sosial şəbəkə hesabına nəzarət edən işçi, VAR hakimi Stüart Atvelini “Luton Taun” azarkeşi olmaqda ittiham edib. Bu ifadələrə görə İngiltərə Futbol Assosiasiyası “Nottinqem Forest” klubunu cərimələyib.