UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu ərəfəsində London klubunun Bakıya gətirəcəyi azarkeşlərin sayı açıqlanıb.
Daylinews-az.com xəbərinə görə, qarşılaşmanı izləmək üçün paytaxtımıza təxminən 1300 “Çelsi” azarkeşi səfər edəcək. Onlar “Tofiq Bəhramov adına Respublika stadionu”nda komandalarını tribunadan dəstəkləyəcəklər.
Qonaq komandanın tərəfdarları üçün stadionda 3 xüsusi sektor ayrılıb. Təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi, azarkeşlərin rahat hərəkəti və təhlükəsizliyi üçün xüsusi nəzarət planı hazırlandığı bildirilib.
Görüş noyabrın 5-də, saat 21:45-də start götürəcək. Bu qarşılaşma “Qarabağ” üçün qrup mərhələsində həlledici əhəmiyyət daşıyır, “Çelsi” isə səfər qələbəsi ilə növbəti mərhələ yolunu möhkəmləndirməyə çalışacaq.





