EvSiyasət"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi başa çatıb

“Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təlimi başa çatıb

Bu gün “Sarsılmaz Tərəfdaşlıq-2025” adlı Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri və Birləşmiş Ərəb Əmirlikləri Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə keçirilən birgə hərbi təlim uğurla sona çatıb. Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, təlimin bağlanış mərasimində əvvəlcə hər iki ölkənin vətən uğrunda şəhid olmuş qəhrəmanları iki dəqiqəlik sükutla anılıb.

Mərasimdə hərbi orkestr tərəfindən Azərbaycan və BƏƏ dövlət himnləri səsləndirilməsi, bayraqların qaldırılması ilə rəsmi hissə baş tutub. Tədbirdə çıxış edənlər bildirmişlər ki, bu birgə təlimlər hər iki tərəfin xüsusi təyinatlıları arasında təcrübə mübadiləsinə, döyüş hazırlığının yüksəldilməsinə və əlaqələrin daha da gücləndirilməsinə böyük töhfə verir.

Təlimlər zamanı fərqlənən hərbi qulluqçular mükafatlandırılıb, hədiyyə mübadiləsi aparılıb. Bağlanış mərasimində bütün iştirakçılar xatirə fotosu çəkdiriblər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər