EvKriminalSosial şəbəkələrdə qanunsuz qumar oyunları reklamı ilə bağlı 17 nəfər saxlanılıb

Sosial şəbəkələrdə qanunsuz qumar oyunları reklamı ilə bağlı 17 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi birgə həyata keçirdikləri əməliyyat nəticəsində sosial şəbəkələrdə qanunsuz qumar oyunlarını təşviq edən 17 şəxs müəyyən edilərək saxlanılıb. Bu barədə DİN-dən məlumat verilib.

Əməliyyat-texniki tədbirlər zamanı “Instagram”, “TikTok” və digər sosial platformalarda yüksək izləyici kütləsi olan hesablar vasitəsilə qadağan olunmuş onlayn qumar və mərc oyunlarının reklam olunduğu aşkar edilib. Bu reklam kontentləri hesab sahibləri tərəfindən yayılıb.

Saxlanılan şəxslər barəsində qanuna uyğun tədbirlər görülüb.

DİN və Dövlət Agentliyi vətəndaşlara xəbərdarlıq edir ki, sosial şəbəkələrdə qeyri-qanuni qumar oyunlarının təşviqi, reklamı ciddi qanun pozuntusudur və bu kimi hallarda məsuliyyətə cəlb edilməsi qaçılmazdır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər