EvCəmiyyətTürkiyənin çağırışına qoşulan Azərbaycan 111 min 111 ağac əkdi

Türkiyənin çağırışına qoşulan Azərbaycan 111 min 111 ağac əkdi

Türkiyənin “Gələcəyə nəfəs!” təşəbbüsü çərçivəsində hər il keçirilən genişmiqyaslı ağacəkmə aksiyalarına Azərbaycanda da böyük dəstək göstərilir. Bu il Abşeron yarımadası və ölkənin meşə fondu ərazilərində təşkil olunan tədbirlərdə bir gün ərzində ümumilikdə 111 min 111 ağac əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bu aksiyalar 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində Azərbaycanın qlobal ekoloji təşəbbüslərə bağlılığını, ekoloji məsuliyyətini və yaşıl inkişaf yolunda atdığı ardıcıl addımları nümayiş etdirir.

Azərbaycanda 2020-ci ildən başlayaraq Türkiyənin “Gələcəyə nəfəs” kampaniyasına qoşulub və hər il ölkə üzrə kütləvi ağacəkmə tədbirləri keçirilməkdədir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər