“Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident İlham Əliyevin son 20 il rəhbərliyi dövründə elektroenergetika sahəsində əldə olunan nailiyyətlərə bagışlanmış “NUR ZƏFƏRİ” adlı sənədli film hazır olub.
“AzərEnerji” ASC-nin təşəbbüsü ilə çəkilən film enerji istehsalı və ötürülməsi ilə yanaşı, paylayıcı şəbəkələrin inkişafını, beynəlxalq enerji təşəbbüslərini və yaşıl enerji istiqamətində aparılmış geniş tədbirləri əhatə edir. Prezidentin uzunmüddətli enerji strategiyası burada bütöv şəkildə təqdim olunur.
Elektroenergetika sektorunun transformasiyası
2003-cü ildən sonra sektor köklü islahatlara məruz qalıb, milli idarəetmə sistemi formalaşdırılıb. Generasiya və paylayıcı şəbəkələr yenidən qurulub, onlarla yeni stansiya inşa edilib, mövcud güclər modernləşdirilib. Enerji itkiləri əhəmiyyətli dərəcədə azalmış, ölkənin enerji təhlükəsizliyi tam təmin edilib.
Paylayıcı şəbəkə beynəlxalq standartlara uyğunlaşdırılıb, Bakı və regionlarda hava xətləri yeraltı kabellərlə əvəz olunub, “ağıllı şəhər” konsepsiyası həyata keçirilib. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda sürətli infrastruktur yaradılması milli bərpa strategiyasının uğurudur.
Yaşıl enerji və qlobal liderlik
Film yaşıl enerji siyasətini, COP29-a ev sahibliyini və Azərbaycanın regional enerji mərkəzinə çevrilməsini vurğulayır. Energetiklərin fədakar əməyi və müasir Azərbaycanın inkişaf yolu burada əks olunur.





